Ağdaş rayonunda 2026-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına dair müşavirə keçirilib
07 may 2026 | 18:14
7 may 2026-cı il tarixində Ağdaş Rayon İcra Hakimiyyətində 2026-cı ilin birinci rübü üzrə rayonun sosial-iqtisadi inkişafının yekunları, görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadənin rəhbərliyi ilə keçirilən müşavirədə müxtəlif sahələrdə görülmüş işlər və əldə olunmuş nəticələr geniş müzakirə olunub.
Sosial sahə, abadlıq-quruculuq, infrastruktur, məşğulluq və kənd təsərrüfatı istiqamətində həyata keçirilən tədbirlər dəyərləndirilib, mövcud vəziyyət təhlil edilib və qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilib. Sonda qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.







