Ağdaş rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhərin Heydər parkında bayram tədbiri təşkil olunub.
Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatı Sahib Alıyev, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri, uşaqlar iştirak ediblər.
Bayram proqramı çərçivəsində rayonun məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqların, eləcə də ümumtəhsil məktəblərin şagirdlərinin ifasında rəngarəng rəqs nömrələri, şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Rayon rəhbərliyi və qonaqlar uşaqları əlamətdar bayram münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıblar. Dövlətin uşaq siyasətinə verdiyi önəm, onların hüquqlarının qorunması və hərtərəfli inkişafı üçün yaradılan şəraitdən bəhs ediblər.
Sonda xatirə şəkli çəkdirilib.







