Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov 2023-cü ildə təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu Yuxarı Qəsil kənd sakinləri ilə keçirdi.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, Yuxarı Qəsil kəndinin sakinləri iştirak edirdilər. Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov respublikamızda olduğu kimi Ağdaş rayonunda da həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrdən danışdı. Rayon rəhbəri əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə də ətraflı məlumat verdi. Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlər – işlə təminat, maddi yardım, sıradan çıxmış elektrik xəttlərinin cari təmir olunması, sosial yardım alınması, özünə məşğulluq proqramı, pay torpaq sahəsinin sənədləşdirilməsi və digər mövzulara rayon rəhbəri tərəfindən aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi.