Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov 2023-cü ildə təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu Şordəhnə kənd sakinləri ilə keçirdi.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri və Şördəhnə kənd sakinləri iştirak edirdilər. Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov respublikamızda olduğu kimi Ağdaş rayonunda da həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrdən danışdı. Rayon rəhbəri əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə də ətraflı məlumat verdi. Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlər – qaz xəttinin çəkilməsi, maddi yardım, müvafiq işlə təminat, sıradan çıxmış elektrik xəttlərinin cari təmir olunması, kənd yollarının əsaslı təmiri və digər mövzulara rayon rəhbəri tərəfindən aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi.