Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov 2023-cü ildə təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu Abad kənd sakinləri ilə keçirdi.

14 iyun 2023 | 17:48

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, Abad kəndinin sakinləri iştirak edirdilər. Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov respublikamızda olduğu kimi Ağdaş rayonunda da həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrdən danışdı. Rayon rəhbəri əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə də ətraflı məlumat verdi. Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlər – təbii qazla təminat, həyətyanı torpaq sahəsinin verilməsi, işlə təminat, maddi yardım, yolun təmiri, şirə kanalının qazılması, sıradan çıxmış elektrik xəttlərinin cari təmir olunması və digər mövzulara rayon rəhbəri tərəfindən aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi.

Keçidlər