Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı şəhid Anar İsrəfilovun ailəsini ziyarət edib.

09 noyabr 2024 | 13:16

Noyabrın 9-də rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə və Milli Məclisin deputatı Sahib Alıyev Orta Ləki kəndində doğulub boya-başa çatan, Vətən müharibəsində qəhrəmancasına şəhid olan İsrəfilov Anar İsrəfil oğlunun ailəsini ziyarət ediblər.

Görüş zamanı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, Ordumuzun qələbəsindən söhbət açılıb. Şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara dövlət başçısının göstərdiyi hərtərəfli diqqət və qayğıdan danışılıb.

Keçidlər