Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələrini ziyarət edib
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonun Pirəzə kəndində Birinci Qarabağ müharibəsi şəhidi, polkovnik-leytenant Əliyev Mirzalı Əliyar oğlunun və 44 günlük Vətən müharibəsinin şəhidi Əhmədov Elnur Etibar oğlunun ailələrini ziyarət edib. Görüşlərdə hər iki şəhidin xatirəsi yad edilib. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı vurğulanıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daim şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərildiyi vurğulanıb, şəhid ailələri ilə bağlı həyata keçirilən sosial dəstək tədbirlərindən bəhs olunub. Rayon İcra Hakimiyyətinin başçısı hər iki şəhid ailəsinin qayğıları ilə maraqlanıb, onların sosial müdafiəsinin bundan sonra da daim diqqətdə saxlanacağını qeyd edib. Şəhid ailələrinin üzvləri şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.