Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələrini qəbul edib
29 avqust 2025 | 17:03
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə şəhid ailələrini qəbul edib, onların müraciətlərini dinləyib.
Qəbul zamanı müraciətlərdə əksini tapan məsələlər aidiyyəti qurumların məsul şəxslərinin iştirakı ilə araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb.
İcra başçısı vurğulayıb ki, şəhidlərin əziz xatirəsi daim ehtiramla yad olunur və onların ailələri dövlət tərəfindən daim sosial dəstək tədbirləri ilə əhatə olunublar.
Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.







