Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı rayondakı Yem Emalı Fabrikində görülən işlərlə tanış olub

29 aprel 2025 | 18:40

Fabrik quşçuluq və maldarlıq təsərrüfatları üçün yem istehsal edən sənaye müəssisələrindən biridir. Burada müasir texnologiyaların tətbiqi şəraitində və xammal kimi yerli məhsullardan istifadə edilməklə həyata keçiriilən istehsal prosesi nəzərdən keçirilib.

Müəssisənin rəhbər heyəti ilə keçirilən görüş zamanı müəssisənin mövcud istehsal imkanları və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Yerli istehsalın inkişaf etdirilməsinin və aqrar sahədə fəaliyyət göstərən müəssisələrin dəstəklənməsi sahəsində aparılan işlərdən bəhs olunub. Aidiyyəti üzrə tapşırıqlar və işlərin keyfiyyətlə davam etdirilməsi üçün tövsiyələr verilib.

Keçidlər