Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətləri dinlənilib

21 may 2026 | 11:58

Ağdaş Rayon İcra Hakimiyyətində əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ şəkildə həll edilməsi məqsədilə keçirilən ənənəvi vətəndaş qəbulları davam edir.

Növbəti belə görüş mayın 21-də baş tutub. Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə tərəfindən keçirilən qəbulda rayon sakinlərinin müraciətləri fərdi qaydada dinlənilib.

Vətəndaşların qaldırdıqları məsələlərin daha çevik şəkildə araşdırılması və koordinasiyalı həlli məqsədilə qəbulda rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri, həmçinin məsul şəxsləri də tam heyətlə iştirak ediblər. Qəbul zamanı rayon sakinlərinin torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, müayinə və müalicə, icarəyə torpaq sahəsinin verilməsi və s. məsələlərlə əlaqədar müraciətləri dinlənilib.

Bir sıra müraciətlərdə əksini tapan məsələlər yerindəcə həll olunub. İcrası üçün vaxt və aidiyyatı araşdırma tələb olunan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülüb.
Vətəndaşlara müraciət etdikləri ayrı-ayrı məsələlərlə bağlı qanunvericiliyə uyğun izahatlar da verilib.

Keçidlər