Ağdaş Rayon İcra Hakimiyyətində rayonun fasiləsiz və dayanıqlı elektrik enerjisi, telekommunikasiya və təbii qazla təmin olunması məqsədilə yaradılmış işçi qrupları ilə görüşlər keçirilib
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadənin rəhbərliyi ilə rayon ərazisində əhalinin fasiləsiz, dayanıqlı elektrik enerjisi, telekommunikasiya və təbii qazla təmin olunması məqsədilə yaradılmış işçi qrupları ilə görüşlər keçirilib.
Görüşlərdə rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamlarına əsasən hazırlanmış tədbirlər planlarının icrası ilə bağlı görülmüş işlər müzakirə olunub, qarşıda duran vəzifələr diqqətə çatdırılıb. Mövcud problemlərin aradan qaldırılması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhalinin müraciətlərinin operativ həlli istiqamətində tapşırıqlar verilib.
Qeyd olunub ki, həyata keçirilən bu tədbirlər əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına, mühüm infrastruktur sahələrinin dayanıqlılığının təmin olunmasına xidmət edir.







