Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş Rayon İcra Hakimiyyətində qanunsuz tikililərlə bağlı müşavirə keçirilib.

18 noyabr 2022 | 18:06

18 noyabr 2022-ci il tarixdə rayon İcra Hakimiyyətində keçirilən tədbirdə  rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələri, hüquq-mühafizə orqanları, müvafiq idarə, təşkilat rəhbərləri, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Aran Regional idarəsinin əməkdaşları iştirak edib. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov çıxış edərək bildirib ki, cari ilin mart ayının 3-də Prezident İlham Əliyevin çıxışı zamanı Bakı şəhərində qanunsuz tikintilərlə bağlı tutduğu iradlar və bu neqativ halların qarşısının alınması ilə bağlı verdiyi tapşırıqlar, monitorinqlər  zamanı aşkar edilən qanunsuz tikililər barədə ciddi iradlar tutulub. Diqqətə çatdırılıb ki, son vaxtlar ərzində rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz tikililərlə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı dəfələrlə tapşırıqlar verilib, buna baxmayaraq  bu vacib məsələ daimi nəzarətdə saxlanılmayıb və nəticədə ərazidə qanunsuz tikintilərin artmasına şərait yaranıb. Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Elvin Həsənzadə rayon ərazisində qanunsuz tikililərlə bağlı həyata keçirilən tədbirlərdən söz açıb, mövcud vəziyyəti təhlil edib, mövcud nöqsanların səbəblərini vurğulayıb. Tədbirdə çıxış edənlər bu aktual mövzunun müzakirəsi ilə bağlı tövsiyə və tapşırıqlarını verib, rayon ərazisində çoxmənzilli yaşayış binalarında, pay torpaq sahələrində özbaşına tikintilərin, tarix-mədəniyyət abidələrinə qanunsuz müdaxilələrin yol verilməməsi üçün maarifləndirici tədbirlərin keçirilməsi və bu sahədə əhalinin intensiv olaraq məlumatlandırılmasının vacibliyini diqqətə çatdırıblar.

 

 

Keçidlər