Ağdaş Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib
17 yanvar 2025 | 17:57
Yanvarın 17-də Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə tərəfindən növbəti vətəndaş qəbulu keçirilib.
Rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçən qəbul zamanı rayon sakinlərinin elektrik təsərrüfatının yenilənməsi, küçələrin cari və əsaslı təmiri, icarəyə torpaq sahəsinin verilməsi və s. məsələlərlə əlaqədar müraciətləri dinlənilib.
Bir sıra müraciətlərdə əksini tapan məsələlər yerindəcə həll olunub. İcrası üçün vaxt və aidiyyatı araşdırma tələb olunan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülüb.
Vətəndaşlara müraciət etdikləri ayrı-ayrı məsələlərlə bağlı qanunvericiliyə uyğun izahatlar da verilib.