Ağdaş Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Ağdaş Rayon İcra Hakimiyyətində yerli sakinlərin müraciət və təkliflərinin dinlənilməsi məqsədilə növbəti vətəndaş qəbulu keçirilmişdir.
Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri və aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri iştirak etmişlər.
Qəbul zamanı müraciət edən vətəndaşların sosial müdafiə, mənzil-kommunal, təsərrüfat, infrastruktur və digər şəxsi məsələlərlə bağlı müraciətləri fərdi qaydada dinlənilmişdir. Qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapmış, araşdırılması tələb olunan digər müraciətlər isə baxılması və qanunvericiliyə uygun həll edilməsi üçün aidiyyəti struktur bölmələrinə və qurumlara yönləndirilərək nəzarətə götürülmüşdür.
Sakinlər vətəndaşların müraciətlərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnatdarlıqlarını bildirmişlər.







