Ağdaş Rayon İcra Hakimiyyətində könüllülərlə görüş keçirilib
Aprelin 9-da Ağdaş Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətinə yeni cəlb olunan və fəaliyyətini uğurla başa vuran gənclərlə görüş keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aynur Novruzova könüllülük fəaliyyətinin gənclərin idarəçilik təcrübəsinin artırılmasında və peşəkar inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd edərək, fəaliyyətini başa çatdıran könüllülərə gələcək işlərində uğurlar arzulayıb, yeni qoşulan könüllülərə isə qarşıdakı dövrdə üzərlərinə düşən vəzifələri məsuliyyətlə icra etməyi, fəallıq və təşəbbüskarlıq nümayiş etdirməyi tövsiyə edib.
Çıxış edən könüllülər yaradılmış şəraitdən səmərəli istifadə etdiklərini, fəaliyyət müddətində faydalı təcrübə qazandıqlarını vurğulayaraq, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda könüllülük fəaliyyətini başa vuran gənclərə şəhadətnamələr təqdim edilib.







