Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş Rayon İcra Hakimiyyətində fövqəladə hallarla bağlı müşavirə keçirilib

22 may 2026 | 18:20

Mayın 22-də Ağdaş Rayon İcra Hakimiyyətində fövqəladə halların xəbərdar edilməsi sahəsində koordinasiyanın təşkili, aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi və mövcud problemlərin müzakirəsi məqsədilə müşavirə keçirilib.

Müşavirədə Ağdaş Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr, mülki müdafiə xidmət rəhbərləri, həmçinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin aidiyyəti struktur bölmələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə fövqəladə halların qarşısının alınması, operativ xəbərdarlıq mexanizmlərinin təkmilləşdirilməsi, əhali arasında maarifləndirmə işinin gücləndirilməsi, eləcə də aidiyyəti qurumlar arasında koordinasiyalı fəaliyyətin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

Çıxış edənlər fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması, mövcud risklərin vaxtında qiymətləndirilməsi və çevik reaksiya tədbirlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Müşavirənin yekununda aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib, qarşıda duran məsələlərin operativ həlli istiqamətində birgə fəaliyyətin davam etdiriləcəyi bildirilib.

Keçidlər