Ağdaş Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib.
17 aprel 2025 | 13:49
Aprelin 17-də Ağdaş rayonu üzrə Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadənin rəhbərliyi ilə keçirilən iclasda rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialı və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər idarəsinin, Ağdaş rayon Polis şöbəsinin və digər aidiyyəti qurumların rəhbərləri və əməkdaşları iştirak ediblər.
İclasda qeyri-formal məşğulluğun qarşısının alınması, rayon əhalisinin məşğulluğunun təmin edilməsi, əmək bazarının inkişafı, layiqli iş imkanlarının genişləndirilməsi sahəsində
komitə tərəfindən görülən işlər müzakirə edilib.
Habelə qeyri-formal məşğulluğun aşkar edilərək qarşısının alınması ilə əlaqədar həyata keçirilən birgə tədbirlərdən bəhs olunub.
Qeyd olunan istiqamətlərdə qarşıda duran vəzifələr müzakirə edilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.