Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin işçilərinin və bələdiyyə sədrlərinin iştirakı ilə tədbirlər təşkil edilmiş və etik davranış qaydaları ilə bağlı maarifləndirmə işləri aparılmışdır,

06 dekabr 2022 | 11:30

“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 fevral  2020-ci il tarixli, 1859 nömrəli sərəncamının  1.9-cu  maddəsində dövlət qurumları tərəfindən etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və buna görə tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə illik hesabatların hazırlaması və bu barədə məlumatların açıqlanması  tapşırılmışdır. Sərəncamın icrası ilə əlaqədar olaraq rayon İcra Hakimiyyəti tərəfindən rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin işçilərinin və bələdiyyə sədrlərinin iştirakı ilə tədbirlər təşkil edilmiş və etik davranış qaydaları ilə bağlı maarifləndirmə işləri aparılmış, işlərində yol verdikləri nöqsanlara görə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 14 dövlət qulluqçusuna - rayon İHB-nın Ləki qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abbasov Fəxrəddin Sayəddin oğluna, Xosrov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qurbanov Əlqadir Elman oğluna, Qolqəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Salehov Mirsalik Sayəddin oğluna, Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səmədov Mehman Niyaz oğluna, Gürcüva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hacıyev Elsevər Hacıbala oğluna, Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seyidov İsa Mahir oğluna, Qəribli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdullayev Mahmud Sədi oğluna, Ərəbocağı kənd inzibati  ərazi dairəsi üzrə nümayəndəsi  Səmədov Səməd Fərman oğluna, Tofiqi kənd inzibati  ərazi dairəsi üzrə nümayəndəsi  Baxışov Elsevər Sabir oğluna, Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini İbrahimli Orxan Məhyəddin oğluna, Yuxarı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Əmrəliyev İbrahim İntizam oğluna, Xosrov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Əhmədov Ceyhun Müsahib oğluna, Şəmsabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Məmmədov Taleh Niman oğluna, Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Yusubov Mirəddin Hüseyn oğluna  inzibati tənbeh tədbiri tətbiq edilərək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.1-ci  maddəsinə əsasən  töhmət verilmişdir.

Keçidlər