Ağdaş rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilib
06 avqust 2025 | 10:12
Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda kənd sakinlərinin müraciətləri dinlənilib.
Müraciətlərdə əksini tapan məsələlərin bir qismi yerindəcə həll olunub.
Həlli müəyyən vaxt tələb edən məsələlər nəzarətə götürülərək, aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.







