Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində hesabat yığıncaqlarının keçirilməsi davam etdirilir.

12 yanvar 2026 | 17:50

Yanvarın 12-də Rayon İcra Hakimiyyəti başçısının Ləki qəsəbə, Kükəl, Xosrov, Birinci Aral, Binələr Yuxarı Ləki və Hapıtlı kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin 2025-ci il ərzində gördükləri işlərə dair hesabat yığıncaqları keçirilmişdir.

Hesabat yığıncaqlarında rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat məsələləri sektorunun müdiri Firdovsi Məmmədov, müvafiq yerli bələdiyyələrin sədrləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Yığıncaqlar zamanı nümayəndəliklər tərəfindən hesabat dövründə həyata keçirilmiş tədbirlər, kəndlərin sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlər barədə ətraflı məlumatlar təqdim olunmuş, həmçinin nümayəndəliklərin fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılmış, kəndlərin inkişafı ilə bağlı bir sıra təklif və tövsiyələr irəli sürülmüşdür.

Keçidlər