Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində hesabat yığıncaqlarının keçirilməsi davam etdirilir

09 yanvar 2026 | 17:37

Yanvarın 9-da rayon İcra Hakimiyyəti başçısının Şıxlı, Yuxarı Nemətabad, Qəribli, Qulbəndə, Şordəhnə, Qarağan Şıxlar və Şəmsabad kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin 2025-ci il ərzində gördükləri işlərə dair hesabat yığıncaqları keçirilmişdir.

Hesabat yığıncaqlarında rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat məsələləri sektorunun müdiri Firdovsi Məmmədov, müvafiq yerli bələdiyyələrin sədrləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Yığıncaqlar zamanı nümayəndəliklər tərəfindən hesabat dövründə həyata keçirilmiş tədbirlər, kəndlərin sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlər barədə ətraflı məlumatlar təqdim olunmuş, həmçinin nümayəndəliklərin fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılmış, kəndlərin inkişafı ilə bağlı bir sıra təklif və tövsiyələr irəli sürülmüşdür.

Keçidlər