Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş Peşə məktəbində Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı dəyirmi masa keçirilib.

11 iyul 2023 | 15:36

11 iyul 2023-cü il tarixdə “Heydər Əliyev ili” çərçivəsində Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda Ağdaş Peşə məktəbində dəyirmi masa keçirilib. Tədbirdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə ilk gəlişinin xalqımızın taleyində böyük rol oynadığı,  Ulu Öndərin apardığı islahatlar nəticəsində Azərbaycanın 1969-1982-ci illərdə  aqrar ölkədən hərtərəfli inkişaf edən sənaye ölkəsinə çevrildiyi, eyni zamanda bu müddət ərzində ölkəmizin keçmiş müttəfiq respublikalar arasında bütün fəaliyyət istiqamətləri üzrə daim öncüllər sırasında olduğu diqqətə çatdırılmışdır. Müstəqilliyin ilk illərində ümummilli liderin hakimiyyətə təkrar qayıdışı isə Azərbaycanı parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas etmişdir. Tədbir mövzu ətrafında müzakirələrlə yekinlaşmışdır.

Keçidlər