Ağdaş Olimpiya İdman Kompleksində cüdo zalının açılışı olub
Ağdaş Olimpiya İdman Kompleksinin əsas binasında Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü ilə təmir olunan cüdo zalının açılışı olub.
Açılışda Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Rəşad Rəsullu, Federasiya prezidentinin müşaviri Natiq Bağırov, Ağdaş rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, idmançılar və məşqçilər iştirak edib.
Tədbirdə ölkəmizdə idmanın inkişafına və gənc idmançıların yetişdirilməsinə göstərilən diqqət və qayğıdan bəhs olunub.
Qeyd olunub ki, Ağdaş Olimpiya İdman Kompleksində təmir olunan və müasir avadanlıqlarla təchiz edilən yeni zal rayonda və ətraf bölgələrdə cüdo idman növünün inkişafına töhfə verməklə, gələcək çempionların yetişdirilməsində mühüm rol oynayacaq.
Gənc cüdoçular öz bacarıqlarını nümayiş etdiriblər. Sonda xatirə şəkli çəkdirilib.