Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş Mərkəzi rayon Xəstəxanası Publik Hüquqi Şəxsdə Zəfər günü münasibətilə tədbir keçirilib.

05 noyabr 2022 | 18:12

5 noyabr 2022-ci il tarixində Ağdaş  Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsdə  Zəfər günü münasibətilə  tədbir keçirilib. Tədbirdə  şəhid ailələrinin üzvləri, müharibə veteranı olan tibb işçiləri, həmçinin sözügedən qurumun   kollektivi iştirak edib.  Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Vətən Müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların şərəfli ömür və döyüş yolundan danışıblar.  Qeyd olunub ki, müharibədə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi. Sonda şəhid ailələrinin bir qrupu və müharibə veteranları olan  səhiyyə işçilərinə həmkarlar ittifaqının  xətti ilə maddi yardımlar göstərilib.

 

Keçidlər