Ağdaş məktəblisi beynəlxalq uğurlara imza atıb
Ağdaş şəhər B. Nəbiyev adına 3 nömrəli tam orta məktəbin rus bölməsinin 8-ci sinif şagirdi Cavid Məmmədli beynəlxalq müsabiqələrdə yüksək nəticələr əldə edərək rayonumuzu və ölkəmizi layiqincə təmsil etmişdir.
Şagirdimiz 28 aprel – 3 may 2026-cı il tarixlərində Almaniyanın Frankfurt şəhərində təşkil olunan “Hi-Lingua Language Competition” – Beynəlxalq Dil Müsabiqəsində ingilis dili üzrə fərqlənərək ilk üçlükdə yer almışdır.
Həmçinin həmin tarixlərdə keçirilən “International German Math Olympiad” – Beynəlxalq Alman Riyaziyyat Olimpiadasında yüksək bilik nümayiş etdirərək bürünc medal qazanmışdır.
Qeyd edək ki, istedadlı şagirdimiz bundan əvvəl – 12 aprel 2026-cı il tarixində keçirilmiş “Kings” Beynəlxalq İngilis dili Olimpiadasında da qızıl medal əldə etmişdir.
Şagirdimizi qazandığı nailiyyətlər münasibətilə səmimi qəlbdən təbrik edir, ona gələcək təhsilində və beynəlxalq müsabiqələrdə yeni-yeni uğurlar arzulayırıq!







