Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş məktəbliləri Respublika Fənn Olimpiadalarında uğur qazanıblar

08 may 2026 | 15:48

Ağdaş rayonunun ümumtəhsil məktəblərinin şagirdləri Respublika Fənn Olimpiadalarında uğurlu nəticələr əldə edərək rayonumuzu layiqincə təmsil etmişlər.

Belə ki, Ağdaş rayonu Ləki qəsəbə 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Kərimli Gülay Niyaməddin qızı Azərbaycan dili və ədəbiyyat fənni üzrə II yerə layiq görülərək gümüş medal qazanmışdır. Məlumat üçün bildiririk ki, şagirdimiz ötən tədris ilində də analoji fənn üzrə yüksək nailiyyət nümayiş etdirərək gümüş medala sahib olmuşdur.

Eyni zamanda, Maqsud Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdləri Bəkirli Aliyə Mübariz qızı və Cəbrayılova Aişə Cəmaləddin qızı kimya fənni üzrə III yerə layiq görülərək bürünc medal qazanmışlar. Qeyd olunan şagirdlərdən Aişə Cəbrayılova əvvəlki illərdə də olimpiadanın final mərhələsində uğurla çıxış edərək müvafiq nəticəni qazanmışdır.

Şagirdlərimizin əldə etdiyi bu nailiyyətlər rayonda təhsilin inkişafının, gənclərin elmi biliklərə marağının artmasının və müəllim əməyinin səmərəli nəticələrinin bariz göstəricisidir.

Qalib şagirdləri və onların müəllimlərini təbrik edir, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

Keçidlər