Abad kəndində şəhidlərin xatirəsinə həsr olunan idmanın kikboksinq növü üzrə birincilik keçirilib.
01 sentyabr 2023-cü il tarixində Ağdaş rayonunun Abad kəndində Vətən Müharibəsi şəhidləri Atəm Əliyev və Xəqan Qurbanovun xatirəsinə həsr olunan idmanın kikboksinq növü üzrə birincilik keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gərgin idman mübarizəsi şəraitində keçirilən birincilikdə idmançılar bacarıqlarını nümayiş etdiriblər. Fərqlənən idmançılara xatirə hədiyyələri təqdim olunub, sonda xatirə şəkli çəkdirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Mahir Musayev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, təhsil müəssisələrinin rəhbərləri, gəncler sektorunun nümayəndələri və kənd sakinləri iştirak ediblər.