Abad, Eymur və Qaradeyin kənd inzibati ərazi dairələrinin sosial-iqtisadi vəziyyətinə dair iclas keçirilib
Martın 13-də Ağdaş Rayon İcra Hakimiyyətində bir sıra kənd yaşayış məntəqələrində mövcud sosial-iqtisadi vəziyyətin müzakirəsinə həsr olunmuş iclas keçirilib.
İclasda Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, rayon İcra Hakimiyyəti başçısının Abad, Eymur və Qaradeyin kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, Eymur bələdiyyəsinin sədri, Ağdaş Rayon Bələdiyyə Sədrləri Şurasının sədri, həmçinin Ağzıbir Sudan İstifadə Edənlər Birliyinin sədri və rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.
Müzakirələr zamanı adıçəkilən yaşayış məntəqələrində mövcud sosial-iqtisadi vəziyyət, əhalinin içməli və suvarma su ilə təminatı, eləcə də yerlərdə sakinləri narahat edən digər aktual məsələlər ətraflı nəzərdən keçirilib.
Yerlərdə qaldırılan məsələlərin operativ qaydada araşdırılmasının, əhalinin su təminatının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsinin, habelə vətəndaşları narahat edən sosial məsələlərin daim diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb və bu istiqamətdə aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verilib.







