Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda könüllülük fəaliyyəti başa çatmış gənclərlə görüş keçirildi.

18 mart 2022 | 11:00

18 mart 2022-ci il tarixdə Ağdaş Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyəti başa çatmış gənclərlə görüş  keçirildi.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə könüllülərə fəaliyyətləri dövründə qazandıqları  təcrübəni gələcəkdə uğurla tətbiq etmələrini arzuladı.
Könüllülük fəaliyyətində iştirak edən gənclər onlara yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, eyni zamanda rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.
Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətini başa vuran daha 5 nəfərə sertifikatlar təqdim edildi.

Keçidlər