Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda ideoloji maarifləndirmə tədbirlərinə başlanılıb.

17 mart 2022 | 11:00

Bu məqsədlə yaradılmış təbliğat işlərinin əsas hədəfi əhalinin, xüsusən də gənclərin dünyagörüşünün genişləndirilməsi, onlarda Vətənə məhəbbət və vətənpərvərlik hisslərinin artırılmasına yönəlib.
17 mart 2022-ci il tarixində Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə “Prezident İlham Əliyevin çoxşaxəli siyasəti” mövzusu əsas müzakirə obyekti olub.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılan parlaq Qələbə, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurları, əldə olunan nailiyyətlər barədə vətəndaşların məlumatlandırılmasının vacibliyi diqqətə çatdırılıb.
Təbliğat qrupunun üzvlərinin çıxışlarında qeyd olunub ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan yeni sosial islahatlar dönməz xarakter daşıyır.
Yekunda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız Zəfər tarixinin ideoloji əsasıdır. Vətəndaşlarımızı milli birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbkarıdır.

Keçidlər