Rayonda “Erkən nikahlara yox deyək!” mövzusunda tədbir keçirildi.
17 mart 2022-ci il tarixində Ağdaş Peşə məktəbində rayon Gənclər və İdman idarəsi və Peşə məktəbinin birgə təşkilatçılığı ilə “Erkən nikahlara yox deyək!” mövzusunda tədbir keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya, Gənclər və İdman idarəsi, Peşə məktəbi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon nümayəndəliyinin əməkdaşları və məktəbdə təhsil alan gənclər iştirak edirdi.
Tədbirdən öncə “Erkən nikahlara yox deyək!” mövzusunda hazırlanmış videosujetə baxış keçirildi.
Məruzə və çıxışlarda qeyd olunmuşdur ki, erkən nikah hallarının baş verməsi nəticəsində yaranan problemlər və onların törətdiyi fəsadlar ciddi narahatlıqlar yaradır. Bu barədə təhsil müəssisələrində, gənclər təşkilatlarında sahə üzrə mütəxəssislərin iştirakı ilə keçirilən maarifləndirmə tədbirləri diqqət mərkəzində saxlanılmalıdır. Bu halların baş verməsinin qarşısının alınması üçün aidiyyəti strukturlara məlumatlar verilməli, gənclər arasında erkən nikahların fəsadları ilə bağlı mütəmadi olaraq diskussiyalar, seminarlar təşkil edilməlidir.
Tədbirin sonunda iştirakçılara bukletlər paylanıldı.