Ağdaşda buraxılış imtahanı başa çatdı.
05 mart 2022-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən S.Vurğun adına 1 saylı, Nizami adına 2 saylı, M.Şeyxzadə adına texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziya və Ağdaş Dövlət Humanitar Kollecinin tədris korpuslarında rayonun 11-ci sinif şagirdlərinin mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçirildi.
Karantin rejimi ilə əlaqədar tətbiq olunan metodiki göstərişlər və imtahanın keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş təlimata əsasən nəzarətçilər və iştirakçıların sağlamlığının qorunması məqsədilə tədris binalarının sanitar qovşaqlarında axar suyun fasiləsizliyi təmin edilmiş, binalarda dezinfeksiya tədbirləri həyata keçirilmiş, tədris binaları polis tərəfindən əvvəlcədən mühafizəyə götürülmüş, binaların qarşısına toplaşanlar arasında sosial məsafə təmin olunmuş, tibbi maskalardan istifadə ilə bağlı əvvəlcədən zəruri izahat işləri aparılmış, tibbi xidmətin təşkili ilə bağlı müvafiq tədbirlər görülmüş, imtahan keçirilən gün ərzində nəqliyyatın hərəkəti tənzimlənməklə asayiş tam təmin edilmişdir.
2021/2022-ci tədris ilində rayonun təhsil müəssisələrindən 1 gimnaziya və 40 tam orta məktəb daxil olmaqla, 846 nəfər 11-ci sinif şagirdi buraxılış imtahanında iştirak etmək hüququ qazanmışdır.