Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Bədən Tərbiyəsi və İdman Günü qeyd edildi.

05 mart 2022 | 11:00

5 mart 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib.
Tədbirdən öncə respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İdman ictimaiyyəti nümayəndələrinin iştirakı ilə davam etdirilən tədbirdə qeyd olunub ki, Bədən tərbiyəsi və İdman Günü Prezident İlham Əliyevin 4 mart 2005-ci il tarixli sərəncamına əsasən qeyd edilir.
Çıxışlarda vurğulanmışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bölgələrdə idmanın inkişafına xüsusi diqqət yetirilir. Şəhər, qəsəbə və rayonlarda müasir tipli Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilib, digər idman qurğularında isə bərpa və yenidənqurma işləri həyata keçirilib.
Tədbirdə videoçarx nümayiş etdirilib.
Tədbirin yekununda rayonda bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyi xidmətlərə görə bir qrup idmançı və məşqçi müəllimlər fəxri fərmanla təltif olunub və hədiyyələr təqdim edilib.

Keçidlər