Rayonda “Məişət zorakılığına son qoyaq!” mövzusunda tədbir keçirildi
Layihənin məqsədi regionlarda məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı maarifləndirmə işi aparılması, qadınların hüquqi biliklərinin artırılması, ehtiyacı olanlara hüquqi yardımın göstərilməsi ilə məişət zorakılığının aradan qaldırılmasına yardım etməkdir.
Bu məqsədlə layihənin icra planına uyğun olaraq Ağdaş rayonunda 30 nəfərin iştirakı ilə məlumatlandırma sessiyası keçirildi.
Tədbirdə təlimçi qismində Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyinin sədri Sevil Allahverdiyeva iştirak edirdi.
Tədbirdə iştirakçılara “Məişət zorakılığının qarşısının alınması” haqqında qanun, zorakılıqların qarşısını almaq üçün hüquqi, sosial və qabaqlayıcı tədbirlərin təşkil edilməsi, zərərçəkmişlərin müvəqqəti sığınacaqla təmin olunması qaydaları, həmçinin məişət zorakılığına məruz qalanlar üçün hara və kimə müraciət etmələri barədə məlumatlar verilmiş, qaynar xətlə bağlı iştirakçılar bilgiləndirilmişdir.