Rayon İcra Hakimiyyətində tədbir keçirildi
01 mart 2022-ci il tarixdə rayon İcra Hakimiyyətində dövlət qulluqçusu, rayon İcra Hakimiyyəti başçısının Kükəl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlham Rəsulovun çalışmanın son yaş həddinin başa çatması və anadan olmasının 70 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə qeyd olunub ki, İlham Rəsulov uzun müddət pedaqoji sahədə, son 10 il ərzində isə dövlət qulluğunda çalışmaqla rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı ilə fəqlənən, insanlarla rəftarı, yüksək və mənəvi keyfiyyətləri ilə dərin hörmət qazanan, fəaliyyətində dövlət maraqlarını daim uca tutan ziyalı kimi tanınır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fərman və sərəncamlarının yerinə yetirilməsində öz payı olan dövlət qulluqçusu kimi o, fəaliyyəti dövründə öz üzərinə düşən məsul vəzifələri vicdanla yerinə yetirmişdir.
Rəhbərlik etdiyi Kükəl kənd icra nümayəndəliyinin ərazisində səlahiyyətləri çərçivəsində dövlət orqanları ilə əlaqələri yüksək səviyyədə təmin etməklə, sosial problemlərin həlli istiqamətində ardıcıl səylər həyata keçirmişdir.
Dövlət qulluğunda öz fəallığı və işgüzarlığı ilə fərqləndiyinə görə İlham Rəsulov rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Fəxri Fərmanla təltif edilib.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə tədbirdə İlham Rəsulova Fəxri Fərman və qiymətli hədiyyə təqdim etməklə, ona möhkəm cansağlığı arzulayıb.
Tədbirin sonunda İlham Rəsulov ona göstərilən etimada və barəsində səsləndirilən xoş fikirlərə görə iştirakçılara öz təşəkkürünü bildirmiş, pensiyada olmasına baxmayaraq dövlət mənafelərinin qorunması üçün ictimai fəallığını bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.