Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda gənclər arasında narkomaniyaya qarşı maarifləndirici təlim keçirildi

02 mart 2022 | 11:00

1 mart 2022-ci il tarixdə Ağdaş Dövlət Humanitar Kollecində təhsil alan tələbələr üçün “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzusunda təlim keçirildi.
Təlimdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları iştirak edirdi.
Təlim zamanı Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq Tədbirlər Planında nəzərdə tutulmuş istiqamətlər üzrə  görülən işlər və qarşıda duran vəzifələr barəsində qarşılıqlı diskussiya həyata keçirildi.
Sonda iştirakçılara bukletlər paylanıldı.

Keçidlər