Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Gənclərin VII Forumu çərcivəsində Ağdaş rayon Gənclərinin VII ümumrayon toplantısı keçirilmişdir.

06 iyun 2014 | 10:00

Mayın 29-da Ağdaş rayon Gənclərinin VII ümumrayon toplantısı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində  davam etdirilmişdir. Tədbirdə rayonun ictimaiyyət nümayəndələri və fəal gənclər iştirak etmişdir. Əvvəlcə dövlət himni səsləndirilmişdir.
Konfransı giriş sözü ilə Gənclər və  İdman idarəsinin rəisi Azad Gözəlov açaraq rayon gənclərini salamlayıb. O, konfransın Azərbaycan Respublikası Gənclərin VII Forumu çərcivəsində Ağdaş rayon Gənclərinin VII ümumrayon toplantısına həsr olunduğunu qeyd etdi. Natiq çıxışında ulu öndərin gənclərə göstərdiyi diqqət və qayğıdan, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında oynadığı mühüm və əvəzsiz rolundan danışdı.
Konfransda çıxış edən gənclər bildirmişlər ki, ümumilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülüb və 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Heydər Əlievin hələ Azərbaycana SSRİ dövründə rəhbərlik etdiyi vaxtdan gənclərin himayəçisi kimi çıxış etdiyi, minlərlə gənci o dövrün tanınmış ali məktəblərinə təhsil almağa göndərdiyi, idarəçilikdə gənc milli kadrlara üstünlük verdiyi qeyd edilmişdir.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O bildirdi ki, bu gün gənclərin təhsil alması, sosial təminatı və ölkənin ictimai siyasi həyatında mühüm iştirakı üçün hər cür şərait yaradılıb.
Tədbirdə Azərbaycan Respublikası Gənclərin VII Forumunda Ağdaş rayonundan iştirak edəcək 12 nəfər nümayəndə seçilmiş, fəal gənclər mükafatlandırılmışdır.
Sonda Ağdaşlı gənclər adından Azərbaycan Respublikasının prezidenti cənab  İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Rəsmi hissə bağlı elan olunmuş və tədbir konsert proqramı ilə yekunlaşdırılmışdır.

 

Keçidlər