Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 1 Mart Ümumdünya Mülki Müdafiə Günü tədbirlərlə qeyd olundu.

01 mart 2022 | 11:00

1 mart 2022-ci il tarixdə rayonun idarə, müəssisə, təşkilatları, eyni zamanda təhsil müəssisələrində Ümumdünya Mülki Müdafiə Günü münasibətilə  “Təbii fəlakətlər və böhran zamanı köçkün əhalinin mülki müdafiəsi və idarə edilməsi: Könüllülərin rolu və pandemiya ilə mübarizə” mövzusunda tədbirlər keçirildi.
Tədbirlərdə Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin əməkdaşları iştirak edirdi.
Çıxışlarda qeyd olunmuşdur ki, ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində FHN tərəfindən mütəmadi olaraq lazımi tədbirlər görülür, maarifləndirici tədbirlər çərçivəsində konfranslar keçirilir, açıq dərslər təşkil olunur.
Bildirilib ki, Azərbaycan Respublikası 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv seçildikdən sonra  Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi arasında sıx əməkdaşlıq münasibətləri qurulub. Əməkdaşlığın əsasını mülki müdafiə və fövqəladə hallardan müdafiə sahəsində əhalinin hazırlığı üçün qurumlararası koordinasiyanın təşkili, fövqəladə halların qarşısının alınması, təsirinin minimuma endirilməsi, risklərin idarə edilməsi, irimiqyaslı fövqəladə hallar zamanı əhalinin həyat təminatının təşkili, beynəlxalq humanitar yardımlarının idarə olunması və digər məsələlər əhatə edir.
Tədbirlərdə qaldırılan suallar cavablandırıldı.

Keçidlər