Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbirlər yekunlaşdı.

26 fevral 2022 | 11:00

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Ağdaş rayonunun əmək kollektivləri, bütün tipdən olan təhsil  müəssisələri və mədəniyyət ocaqlarında karantin qaydalarının tələbləri gözlənilməklə tədbirlər, teatrlaşmış tamaşalar, idmanın şahmat növü üzrə yarışlar və rəsm sərgiləri təşkil olunmuşdur.
Fevralın 26-da rayonun bütün ümumtəhsil məktəblərində Xocalı soyqırımına həsr olunmuş xüsusi  dərslər keçirilmişdir.
Keçirilən tədbirlərdə Xocalı soyqırımının insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri olmasının əsl səbəbləri, mahiyyəti və acı nəticələri bir daha xatırlanmış, 30 il əvvəl baş vermiş bu qətliamın erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu vurğulanmış, terroru dəstəkləyənlər qətiyyətlə pislənilmişdir.
Qeyd etmək lazımdır ki, hazırda rayonda Xocalıdan olan 16 ailə məskunlaşmışdır. Ənənəyə uyğun olaraq həmin ailələrin hər birinə müvafiq məbləğdə maddi yardımların göstərilməsi təmin edilir.
Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərin yekunu olaraq 26 fevral 2022-ci il tarixdə Heydər  Əliyev Mərkəzində  rayon ictimaiyyəti nümayəndələri, qazilər və  rayonda məskunlaşan Xocalı sakinlərinin iştirakı ilə anım tədbiri keçirildi.
Əvvəlcə Habil Əliyev adına 1 nömrəli uşaq musiqi məktəbinin xor kollektivi tərəfindən Qarabağa həsr olunmuş mahnı təqdim olundu.
Daha sonra tədbir iştirakçıları tərəfindən gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
Heydər  Əliyev Mərkəzinin konfrans zalında davam edən tədbirdə  faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Xocalı soyqırımına həsr olunmuş “Xocalı: Bir millətin kədəri” adlı sənədli filmin nümayişi keçirildi.
Qeyd edək ki, gün ərzində rayonun bütün ərazisində matəm əlaməti olaraq dövlət bayraqları endirilmiş, saat 17:00-da rayon mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Keçidlər