Ağdaşda vaksinasiya tədbirləri davam edir.
Dünya əhalisinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması koronavirus pandemiyasının qarşısının alınmasında bu gün də mühüm əhəmiyyət kəsb edən profilaktik tədbir olaraq vacib məsələlərdən biridir.
Hazırda Ağdaş rayonunda da əhalinin peyvənd olunması prosesi davam edir.
2022-ci ilin fevral ayının 18-dək rayon üzrə vətəndaşlara 129 034 doza vaksin vurulub. O cümlədən, indiyədək birinci doza üzrə peyvənd olunan şəxslərin ümumi sayı 51 074 nəfər, ikinci doza üzrə peyvənd olunanların sayı 46 794 nəfər, üçüncü (buster) doza üzrə peyvənd olunanların sayı isə 31 166 nəfərdir.
Eyni zamanda bildiririk ki, dünyanı bürümüş bu təhlükəli infeksiyanın bütün ştammlarından qorunmağın ən optimal yolu peyvənd olunmaqdır.
Odur ki, immunitetinizin artırılması üçün vaxt itirmədən peyvənd olunmağa tələsin.