Rayon İcra Hakimiyyətində müşavirə keçirildi.
11 fevral 2022-ci il tarixdə Ağdaş rayon İcra Hakimiyyətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Su Ehtiyatları Dövlət Agentliyi, Azmelsutəsərrüfat və Azərsu ASC-nin əməkdaşları, bələdiyyə və yerli icra nümayəndələrinin iştirakı ilə görüş keçirildi.
Görüşdə Mingəçevir su anbarından başlayaraq Kür çayının mənsəbinə qədər Kür hövzəsi üzrə idarəetmə mexanizminin tətbiqi məsələləri müzakirə edildi.
Müzakirələrdə Kür hövzəsi üzrə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə yerlərdə işçi qruplarının yaradıldığı diqqətə çatdırıldı. Təbii su mənbələrinin istifadəsinin optimallaşdırılması məqsədilə qanunsuz qoşulmaların aradan qaldırılmaları üçün yerli qurumlarla birgə əməkdaşlığın möhkəmləndirilməsi müzakirə mövzusuna çevrildi, təkliflər dinlənildi.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı.