Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yeni sədri rayon ictimaiyyətinə təqdim olundu.

10 fevral 2022 | 11:00

10 fevral 2022-ci il tarixdə rayon İcra Hakimiyyətində karantin rejiminin tələbləri nəzərə alınaraq ictimaiyyətin nümayəndələri və partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatına kadr təyinatı ilə əlaqədar tədbir keçirilib.
Tədbirdən öncə iştirakçılar tərəfindən ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri düzülüb.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov açmışdır. Natiq çıxışı zamanı qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrilib. 21 noyabr 1992-ci ildə yaradılan partiyanın hazırda 30-cu yubiley ilidir. Ötən il mart ayının 5-də YAP-nın VII Qurultayı keçirilib.
Son 3 il ölkəmiz üçün bir çox məqamlarla bağlı həlledici illər olub. Bu müddət ərzində ərazi bütövlüyümüz bərpa olunub. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-na qoşulmasına dair qərar qəbul edilməsi bunu bir daha təsdiqləyir.
Qeyd olunub ki, qurultaydan sonrakı dövrdə partiyanın yeni Nizamaməsi qəbul edilib. Nizamnaməyə əsasən partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilməz.
2022-ci il yanvar ayının 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. İclasın müzakirəsinə Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi məsələsi gündəliyə çıxarılıb.
Tədbirdə yerli təşkilatların sədrliyinə layiqli namizədlərin irəli sürüldüyü qeyd olunub. Onlardan biri də YAP Ağdaş rayon təşkilatının sədri Rəcəbov Əlişah Rəcəb oğludur.
Çıxışı zamanı partiya fəalları Əlişah Rəcəbova yeni təyinatı münasibətilə uğurlar arzulayıblar.
Əlişah Rəcəbov ona göstərilən etimadı doğruldacağını bildirib, partiyanın nüfuzunun daha da  artırılması üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini bildirib.

Keçidlər