Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

11 may 2014 | 10:00

Ümummilli liderimizin anadan olmasının 91-ci ildönümü münasibətilə mayın 10-da rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Ulu öndərin abidə kompleksi önünə gül dəstələri qoyulmuş, tədbir Heydər Əliyev mərkəzinin iclas zalında davam etdirilmişdir.
Azərbaycanın Dövlət Himni səsləndirilmiş, Ümummilli liderimizin həyat salnaməsindən bəhs edən film nümayiş etdirilmişdir.
Çıxış edənlər xatirələrini bölüşərək qeyd etmişlər ki, Azərbaycan Heydər Əliyevin zəkası və qətiyyəti sayəsində dağılma, parçalanma və məhvolma təhlükəsindən xilas edilmişdir. Xalqımızın xilaskarı Heydər Əliyevin işıqlı xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı vurğulanmışdır.
Rayon İcra Hakimiyyəti başçısı Cənab Tofiq İbrahimov yekun nitqi söyləyərək ümummilli lider  Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən danışmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza tarixi səfərinin əhəmiyyətini vurğulamış və ümummilli lider Heydər Əliyevin siyasi kursunun onun tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası rayon təşkilatının 16000-ci üzvünə partiya üzvlük vəsiqəsi təqdim edilmişdir.
Tədbirdə 15 mindən artıq iştirakçı olmuşdur.

Keçidlər