Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçu polkovnik-leytenant Atəm Əliyevin il mərasimi keçirildi.
25 yanvar 2022-ci il tarixdə rayonun Abad kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Əliyev Atəm Vaqif oğlunun Ağdaş şəhərində il mərasimi keçirilib.
Mərasimdə rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, döyüş yoldaşları və gənclər təşkilatlarının nümayəndələri iştirak edib.
Mərasimdə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Ehsan süfrəsi ətrafında çıxış edənlər Vətən Müharibəsində şəhidlərin döyüş yolu və qəhrəmanlığından söz açıb, onların xatirəsini ehtiramla yad ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!