Ev təsərrüfatları üzrə məlumatların elektron sistemə köçürülməsinə başlanılıb.
Bildiririk ki, 17 yanvar 2022-ci il tarixdən başlayaraq Ağdaş rayonunun inzibati ərazi dairələrinə aid olan ev təsərrüfatları üzrə məlumatların Dövlət Statistika Komitəsinin elektron sisteminə köçürülməsi prosesinə başlanılmışdır.
Təsərrüfatların qeydə alınması işinin yüksək həssaslıq və dəqiqliklə aparılması üçün rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin məsul işçilərinin maarifləndirilməsi məqsədilə müxtəlif vaxtlarda seminarlar təşkil edilmişdir.
Son günlər ərzində rayon üzrə 5793 ev təsərrüfatı elektron sistemə köçürülmüşdür.
Məlumat üçün qeyd edək ki, sözügedən elektron sistemdə təsərrüfat üzvləri, təsərrüfatın xüsusi mülkiyyətində və istifadəsində olan tikililər, torpaq, ev heyvanları və s. barədə məlumatlar yerləşdirilir.
Proses davam etdirilir.