Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda vaksinasiya tədbirləri davam edir.

21 yanvar 2022 | 11:00

Dünya əhalisinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması koronavirus pandemiyasının qarşısının alınmasında bu gün də mühüm əhəmiyyət kəsb edən profilaktik tədbir olaraq vacib məsələlərdən biridir.
Hazırda Ağdaş rayonunda da əhalinin peyvənd olunması prosesi davam edir.
2022-ci ilin yanvar ayının 21-dək rayon üzrə vətəndaşlara 118 940 doza vaksin vurulub. O cümlədən indiyədək birinci doza üzrə peyvənd olunan şəxslərin ümumi sayı  50 367 nəfər, ikinci doza üzrə peyvənd olunanların sayı 46 304 nəfər, üçüncü doza üzrə peyvənd olunanların sayı isə 22 269 nəfərdir.
Əhalinin peyvəndlənməsi rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin binası,  şəhər, qəsəbə, kəndlərdə, həmçinin idarə, müəssisə və təşkilatlarda həkim briqadaları tərəfindən xüsusi olaraq ayrılmış vaksin otaqlarında səyyar qaydada həyata keçirilir.
Əziz həmyerlilər, dünyanı bürümüş bu təhlükəli infeksiyadan qurtulmağın yeganə yolu peyvənd olunmaqdan keçir. Odur ki, özünüzün, doğmalarınızın sağlamlığının qorunması üçün vaxt itirmədən peyvənd olunmağınız tövsiyə olunur.

Keçidlər