Ağdaşda 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd edildi.
Faciənin 32-ci ildönümü ilə bağlı rayonda silsilə tədbirlər keçirilmişdir.
“20 Yanvar: Müstəqillik tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda rayonun idarə, müəssisə və təşkilatlarında keçirilən tədbirlərdə faciə qurbanlarının xatirəsi anılmış, təhsil müəssisələrində xüsusi, açıq dərslər, rəsm müsabiqələri keçirilmiş, qaliblər mükafatlandırılmışdır.
20 Yanvar şəhidi Müşviq İsayevin ailəsinə anım mərasiminin təşkili üçün maddi yardım göstərilmişdir.
Hüzn günü ilə əlaqədar matəm əlaməti olaraq rayonun idarə, müəssisə və təşkilatlarının üzərindəki dövlət bayraqları endirilmiş, gün ərzində rayon mərkəzində həzin musiqi səsləndirilmişdir.
Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə karantin rejiminin tələbləri gözlənilməklə “Şəhidlər” kompleksində anım tədbiri keçirilmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş bütün şəhidlərin ruhlarına dualar oxunmuş, şəhid məzarlarının üzərinə gül, çiçək dəstələri düzülmüşdür.
Saat 12:00-da rayon mərkəzində şəhidlərin xatirəsi avtomobillərin səs siqnalları vasitəsi ilə bir dəqiqəlik sükutla yad edilmişdir.