Ağdaşda həssas təbəqədən olan insanların mənzil şəraiti yaxşılaşdırılır.
Qarabağ Müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsi, onların mənzil şəraitinin yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzindədir. İndiyədək bu kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində rayonda çoxsaylı tədbirlər həyata keçirilmişdir.
2021-ci ildə rayonun Ərəbocağı və Korarx kəndlərində Birinci Qarabağ Müharibəsi şəhidləri Həmidov Sərdar Fevral oğlu və Quliyev Qəşəm Fikrət oğlunun ailəsi və həmin müharibədə sağlamlığını itirmiş Abdullayev Elşən Telman oğlunun mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fərdi evlərin tikintisinə başlanılmışdır.
Gələcəkdə rayon ərazisində mənzilə ehtiyacı olan Qarabağ Müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.