Şriftin ölçüsü :

Saytın rəngi :

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirildi.

30 dekabr 2021 | 11:00

30 dekabr 2021-ci il tarixdə Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid ailələri və müharibə iştirakçıları ilə çay süfrəsi ətrafında görüş keçirildi.
Tədbirdə rayon rəhbərliyi, şəhid ailələri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri və məktəblilər iştirak edirdi.
Əvvəlcə Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən Müharibəsində böyük fədakarlıq nümunəsi göstərmiş şəhidlərin və müharibə iştirakçılarının döyüş yolu barədə fikirlər səsləndirdilər. Möhtəşəm Qələbəyə gedən yolda Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin uzaqgörən siyasətinin əhəmiyyətini vurğuladılar.
Məktəblilərin ifasında vətənpərvərlik ruhunda bədii kompozisiya nümayiş etdirildi.
Qarşıdan gələn bayramlar münasibətilə şəhid ailələri və müharibə iştirakçılarına bayram təbriki çatdırıldı.

Keçidlər