Şəmsabad və Əmirmahmud kəndlərində yeni evlər tikilir.
Qarabağ Müharibəsi əlillərinin sosial müdafiəsi və onların mənzil şəraitinin yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzindədir. İndiyədək bu kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmişdir.
2021-ci ildə rayonun Şəmsabad və Əmirmahmud kəndlərində yaşayan Birinci Qarabağ Müharibəsində sağlamlığını itirmiş Rəhimov Murad Abid oğlu və Həşimov Füzuli Yusif oğlunun mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fərdi evlərin tikintisinə başlanılmışdır.
Müvafiq dövlət proqramlarına uyğun olaraq gələcəkdə növbəlilik əsasında rayon ərazisində yaşayan Qarabağ Müharibəsi əlillərinin evlə təminatının yaxşılaşdırılması üçün fərdi evlərin tikintisi nəzərdə tutulur.